Amerikalı milyarder İlon Mask satın aldığı Twitter ilə bağlı daha bir mühüm açıqlama verib.
Sitat.info xəbər verir ki, Məşhur iş adamının sözlərinə görə, ABŞ hökuməti öz istifadəçilərinin birbaşa mesajlarına tam çıxış imkanına malikdir
İlon Mask neytral olmadığını iddia etdiyi Twitter sosial media platformasını son aylarda 44 milyard dollara satın alıb. O vaxtdan bəri məşhur milyarder şirkətin keçmiş rəhbərliyinin ABŞ hökuməti ilə birgə ictimai rəyi necə manipulyasiya etdiyini ifşa edir. Twitter-in baş direktoru İlon Mask son müsahibəsində ABŞ hökumətinin Twitter istifadəçilərinin birbaşa mesajlarına (DM) tam çıxışı olduğunu iddia edib.
“Dövlət qurumlarının Twitter-də baş verən hər şeyə tam giriş imkanına malik olması məni heyrətə gətirdi. Mən bundan xəbərsiz idim", - deyə o bildirib.
Seymur Bənnayev
Sitat.info