Almaniyanın keçmiş kansleri Angela Merkel ölkənin ən yüksək xidmət ordeni ilə təltif edili

13:19 18 Aprel 2023

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Almaniyanın keçmiş kansleri Angela Merkeli ölkənin ən yüksək “Ləyaqət" ordeni ilə təltif edib. Digər tərəfdən, Merkelin təltif olunması bəzi siyasətçilər tərəfindən tənqid edilib.

Sitat.info xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Bellevue sarayında keçirilən mərasimdə Merkelə xüsusi hazırlanmış "Almaniya Federativ Respublikasının Ləyaqət Nişanı Böyük Xaçı" ordeni təqdim edib. Mərasimdə Baş nazir Olaf Şolz və Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen də iştirak ediblər.

Merkelin uğurlarını yüksək qiymətləndirən prezident Ştaynmayer, Merkeli Almaniyaya bir çox böhranlarda müvəffəqiyyətlə rəhbərlik edən misilsiz bir siyasətçi olaraq xarakterizə edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti