"Google" rəhbərliyindən "Süni intellekt"lə bağlı xəbərdarlıq edilib

20:30 18 Aprel 2023

Google-un baş direktoru Sundar Pichai süni intellektin məşğulluq və dezinformasiyanın yayılması üçün təhlükə yaratdığına diqqət çəkib.

Sitat.info xəbər verir ki, Pichai, süni intellekt texnologiyasının tezliklə hər bir şirkətin bütün məhsullarına təsir edəcəyini söyləyib.

"Cmiyyət olaraq biz bununla ayaqlaşmalıyıq",- deyən Pichai, süni intellektin fəaliyyəti nəticəsində yazıçılar, mühasiblər və hətta proqram təminatını hazırlayan mühəndislər kimi "bilik işçiləri" adlandırdığı sektorlar üçün iş artımı və davamlılığın kəsiləcəyini bildirib.

"Google" CEO-su süni intellektlə saxta xəbərlərin, videoların və fotoların yayılmasının daha çox olacağını bəyan edib.

Qeyd edək ki, "Google" keçən ay süni intellektli "Chatbot Bard"ı istifadəyə verdi. Bu, "OpenAI"nin ChatGPT-ni 2022-ci ildə onlayn olaraq təqdim etdikdən sonra baş verdi. ChatGPT insana bənzəyən dili və akademik məqalələri ilə mürəkkəb və təfərrüatlı parçalar yazmaq kimi xüsusiyyətləri ilə diqqət çəkir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti