Livanın paytaxtı Beyrutda hüquq-mühafizə orqanları maaşların və pensiyaların artırılması tələbi ilə kütləvi nümayişə çıxan etirazçıları zorakılıqla dağıdıblar.
Sitat.info xəbər verir ki, Livanın həyata keçirdiyi sosial siyasətə qarşı nümayişçilərin izdihamı təhlükəsizlik qüvvələri tərəfindən gözyaşardıcı qaz, rezin dəyənəklər və tüstü bombalarından fəal şəkildə istifadə ilə dağıdılır.
Etirazçılar arasında çox sayda pensiyaçılar, valideynlər və Livandakı digər həssas qruplar var.
Hüquq-mühafizə orqanlarının əməkdaşları böyük küçələrdən kütləni sərt şəkildə sıxışdırır, etirazçıları dağıtmağa çalışır, kütləvi həbslər həyata keçirilir.
Rəsmi olaraq ölkə hakimiyyəti hələ də etirazlara reaksiya verməyib.
Seymur Bənnayev
Sitat.info