Kosovo pasportu olanlar Aİ ölkələrinə vizasız gedə biləcək

21:22 18 Aprel 2023

Avropa Parlamentində keçirilən iclasda Kosovo pasportu sahiblərinin Avropa İttifaqı (Aİ) ölkələrinə vizasız gedə bilməsi qərara alınıb.

Sitat.info xəbər verir ki, Avropa Parlamenti (AP) kosovalıların uzun illərdir gözlədikləri Avropa İttifaqı (Aİ) ölkələrinə vizasız daxil olmaq istəyinə cavab verib.

AP-də bu gün keçirilən toplantı çərçivəsində Kosovo pasportu olan şəxslərə AB ölkələri üçün viza liberalizasiyası verilib.

Qərar rəsmi qəzetdə dərc edildikdən sonra qüvvəyə minəcək.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti