Rusiya pul vahidini rəqəmsallaşdırır

21:34 18 Aprel 2023

Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina rəqəmsal rublun sınaq müddətindən sonra hər kəs üçün əlçatan olacağını ifadə edərək deyib: "Rəqəmsal rublun pilot istifadəsinə başlamağa hazırıq. Pilot tətbiqdən sonra rəqəmsal rublu hər kəsə təklif edə biləcəyik".

Sitat.info xəbər verir ki, Nabiullina paytaxt Moskvada bəzi rusiyalı deputatlarla görüşdə Rusiyanın Qərb ölkələri tərəfindən dondurulmuş ehtiyatlarını geri qaytarmaq üçün işlərini davam etdirdiyini qeyd edib.

Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmanla dost olmayan ölkələrin Rusiyadan pul çəkməsinin məhdudlaşdırıldığını xatırladın və bunun bir cavab tədbiri olduğunu qeyd edib 

Rəqəmsal rublla artıq müxtəlif əməliyyatların edildiyini qeyd edən Nabiullina: "Real pulla real əməliyyatlar həyata keçiririk, lakin hələlik bunu az miqdarda və az sayda müştəri ilə edirik. Pilot tətbiqdən sonra rəqəmsal rublu hər kəsə təklif edə biləcəyik", - deyə bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti