İsveçrə Ukraynaya dəstək verməkdən imtina etdi!

21:39 18 Aprel 2023

İsveçrə bir ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni qərarını açıqlayıb. Qərb dövlətlərinin müharibə başlayandan bəri dəstəklədiyi texnika və sursatları Ukraynaya ixrac etməkdən imtina edən İsveçrə qərara əsas kimi neytrallıq prinsipini göstərib.

Sitat.info xəbər verir ki, Berlində Almaniya kansleri Olaf Şolzla birgə mətbuat konfransında danışan İsveçrə Konfederasiyasının prezidenti Alain Berset hökumətinin Rusiyanın Ukraynaya qarşı müharibəsini qətiyyətlə pislədiyini və bunu beynəlxalq hüququn ciddi şəkildə pozulması kimi qiymətləndirdiyini bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti