Ka-52 hücum helikopterləri Zaporojya istiqamətində Ukrayna Silahlı Qüvvələrinin texnikası olan anqarı vurub.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya KİV-in məlumatına görə, Zaporojya istiqamətində “Vostok” qruplaşmasının hərbi qulluqçuları Novodanilovka ərazisində USQ-nin mühafizəsini məhv edərək 10-dan çox ukraynalı əsgəri öldürüblər. Novoandreevka bölgəsində Kiyev birləşmələrinin sursat anbarına zərbələr endirilib.
Cənubi-Donetsk istiqamətində RF Silahlı Qüvvələrinin bölmələri völgədə kəşfiyyat aparmaq cəhdinininnqarşısını alıb. Ukrayna silahlılarından ibarət kəşfiyyat qrupu da zərərsizləşdirilib.
Seymur Bənnayev
Sitat.info