Hizbullahın əsas lideri İbrahim Aqil haqqında məlumat verən hər kəsə 7 milyon dollara qədər mükafat təklif edib.
Sitat.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən məlumat verilib.
ABŞ Dövlət Departamenti Hizbullah terror təşkilatının Livanın paytaxtı Beyrutdakı ABŞ səfirliyini bombalamasının 40-cı ildönümündə Hizbullahın əsas lideri İbrahim Aqil haqqında məlumat verənlərə mükafat veriləcəyini açıqlayıb.
Bildirilib ki, ABŞ Dövlət Departamentinin antiterror və kəşfiyyat platforması olan “Ədalət üçün mükafatlar” proqramı çərçivəsində İbrahim Aqilin müəyyənləşdirilməsi, onun harada olması və həbs olunmasına kömək edəcək məlumatları verənlərə 7 milyon dollara qədər mükafat veriləcək.
Seymur Bənnayev
Sitat.info