ABŞ Ədliyyə Nazirliyi bir sıra mürəkkəb hüquqi məsələlərdə ukraynalı tərəfdaşlarla işləmək üçün bu yay ölkənin Kiyevdəki səfirliyinə daimi hüquq məsləhətçisi göndərəcək.
Sitat.info xəbər verir ki, bu barədə ABŞ-ın baş prokuroru Merrik Qarlandın bəyanatında deyilir.
Bundan əlavə, onun sözlərinə görə, ABŞ Ədliyyə Nazirliyi Ukraynadakı Müharibə Cinayətləri üzrə Beynəlxalq Prokurorluq Mərkəzinə təcrübəli prokuror təyin edəcək.
"Prokuror Laheydəki Eurojustda xidmət edəcək və bu böhrana cavab olaraq əsas nazirlik resurslarına çıxışı təmin edəcək", - ABŞ Baş Prokurorunun bəyanatında deyilir.