Soyludan sərt çıxış: Avropa artıq mövcud deyil, ABŞ çökür

13:58 19 Aprel 2023

“Avropa deyə bir şey yoxdur. Bunu beyninizdə böyütməyin. Amerika var. Avropa Amerika karvanında bir qatardır. Onun haqqında xüsusi bir şey yoxdur. Avropa ABŞ-ın maşasına çevrildiyi üçün artıq mövcud deyil. Eyni zamanda, Amerikanın özünə də bütün dünya nifrət edir”.

Sitat.info xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Soylu əmindir ki, “Amerika öz reputasiyasını itirməkdə davam edir”, çünki o bir sıra dövlətləri, o cümlədən Afrika dövlətlərini istismar edir.

Nazir bildirib ki, Qərb bütün dünyaya yağış, qar kimi mədəniyyət və vərdişlər sırımağa, bunu öz adına iqtisadiyyata çevirməyə və vahid insan formalaşdırmağa çalışır. Bu missiyanın qəddar kapitalizmdən istifadə edən bir quruluş tərəfindən yaradıldığını ifadə edən Soylu, “Dünyanın bizə yağdırdığı təhlükənin hələ də daha böyük olduğunu düşünürəm”, - deyə qeyd edib.

“Mən terrordan qorxmuram. Onların təsir dairələri aydındır və onlara qarşı mübarizə də aydındır. Amma dünyanın ən böyük təhlükələrindən biri mədəni terrorizmdir və biz mədəni terrorla üz-üzəyik. Ailə quruluşu, mənəviyyat, böyük və ya kiçik, hər ölkənin sivilizasiyasını, tarixini, dinimizi, ana və atalarımızın bizə öyrətdiklərini, inanclarımızı, adət-ənənələrimizi məhv etməyə yönəlmiş mədəni terrorla qarşı-qarşıyayıq”, - nazir qeyd edib.

Avropa və Amerikadakı demokratiya problemlərinə toxunan Soylu söyləyib ki, Britaniyada ard-arda üç baş nazir dəyişdirilib: “İndi dəyişəcəklər, amma ayıb olmasın deyə edə bilmirlər. Demokratiya iləmi dəyişdilər? Xeyr. Bəyənmədilər, dərhal dəyişdilər. Bəs sən necə demokratiyanın beşiyisən? Üç ayda üç partiya qurultayı keçirdilər. Əhməd Davudoğlu dəyişdi, qiyamət qoparır ki, “məni partiyadan uzaqlaşdırırlar”. İngiltərədə olsa danışa bilməzdi, irada üç baş nazir dəyişdilər”.

Süleyman Soylu ABŞ-ı sərt tənqid edib: “Avropa liderləri davamlı olaraq nüfuzdan düşür, əhali qocalır, iqtisadi istehsalda çətinlik çəkirlər və bundan sonra da çətinlik çəkəcəklər. Amerika etibarını itirməkdə davam edir və bütün dünya ABŞ-a nifrət edir. Avropa Amerikanın Afrikadakı maşasıdır, bütün Afrika dövlətləri onları istismar edən dövlətlərə nifrət etdiyini və öz yerli dillərinə müraciət etdiyini bildiriblər. 21-ci əsrin əvvəllərində Qərbin hökmranlığı olmadı, artıq belə bir hökmranlıq yoxdur, ancaq vərdişlərini davam etdirməyə çalışırlar. Türkiyə hekayəni dəyişir. Bu seçki bu hekayəni tamamilə dəyişəcək. Ona görə də Amerika, Avropa, PKK təlaşdadır. Bu, Tayyib Ərdoğanın seçimi deyil, bu, Türkiyənin gələcək nəsillərinin seçimidir, Türkiyənin tam müstəqillik seçimidir”./Publika.az



Xəbər xətti