ABŞ və onun NATO müttəfiqləri Rusiya prezidenti Vladimir Putinin Ukraynada müharibənin eskalasiyasında taktiki nüvə silahından istifadə edə biləcəyinə görə ayıq qalmalıdırlar.
Sitat.info Röytersə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Vendi Şerman bildirib.
"Biz hamımız izləyirdik və narahat idik ki, Vladimir Putin özünün qeyri-strateji taktiki nüvə silahlarından istifadə edəcəyini və ya eskalasiyanı gücləndirmək üçün bir növ nümayiş effektindən istifadə edəcək. Buna diqqət yetirmək çox vacibdir" -Şerman bildirib.
Onun sözlərinə görə, martın 25-də Rusiyanın qonşu Belarusda taktiki nüvə silahı yerləşdirməyə hazırlaşdığını deyən Putinin açıqlaması "bu təhlükədən idarə oluna bilən şəkildə istifadə etmək cəhdidir.
Taktiki nüvə silahları döyüş meydanında uğur qazanmaq və ya xüsusi hərbi hədəflərə qarşı istifadə etmək üçün nəzərdə tutulub.
Nərgiz,
Sitat.info