Almaniya hökuməti “Patriot” hava hücumundan müdafiə sisteminin və döyüş sursatının Ukraynaya çatdırıldığını açıqlayıb.
Sitat.info xəbər verir ki, bu barədə Almaniya federal hökuməti rəsmi saytında açıqlama verib.
Bundan əlavə, Ukraynaya 16 “Zetros” markalı yük maşını və daha 2 sərhəd mühafizə maşınının göndərildiyi bildirilib.
Həmçinin qeyd olunub ki, 2022-ci il yanvarın 1-dən 2023-cü il aprelin 17-dək Ukraynaya 2,7 milyard avro dəyərində hərbi texnikanın göndərilməsi təsdiqlənib.
Seymur Bənnayev
Sitat.info