Stoltenberq NATO ölkələrinə müdafiə xərclərini artırmağı tövsiyə edib

22:48 19 Aprel 2023

NATO-nun baş katibi Yens Stoltenberq iyulda keçiriləcək NATO Sammitində üzv ölkələrin ümumi daxili məhsulunun ən azı 2 faizini müdafiəyə sərmayə qoymaq təklifinin qəbul ediləcəyini gözlədiyini bildirib.

Sitat.info xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Çexiya prezidenti Petr Pavellə görüşündən sonra keçirilən birgə mətbuat konfransında danışıb.

"Biz müdafiəyə daha çox sərmayə qoymalıyıq, çünki biz daha təhlükəli dünyada yaşayırıq. Biz Putinin qonşularına qarşı güc tətbiq etmək iradəsini görürük", - Stoltenberq deyib.

Stoltenberq minimum müdafiə xərcləri üçün vəsaitin 2 faiz olaraq qəbul edilməsini tövsiyə edib.

Bu qərarın müttəfiq ölkələrin liderləri tərəfindən veriləcəyini bildirən Stoltenberq iyulda Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammitindən bu istiqamətdə qərar gözlədiyini bildirib.

Ölkəsinin gələn il müdafiə sahəsində üzərinə götürdüyü 2 faizlik investisiya öhdəliyini yerinə yetirməyə hazırlaşdığını bildirən Pavel deyib: "Üzərində çalışdığımız tək şey budur. Biz də  zirvəyə hazırlaşırıq".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti