"Baxmutda hələ də uşaqlar var, onlara çatmaq getdikcə çətinləşir".
Sitat.info xəbər verir ki, bu sözləri baş nazirin müavini - müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk deyib.
"Uşaqlar Baxmutda qalıblar, amma onlara çatmaq getdikcə çətinləşir. Düşmənin nə etdiyini bilirsiniz. Ona görə də biz hər şeyi edirik ki, Baxmuta yaxın kəndlərdə uşaq mümkün qədər az olsun", - Vereşçuk qeyd edib.
Onun sözlərinə görə, bütün çətinliklərə baxmayaraq, aktiv döyüş əməliyyatlarının davam etdiyi Donetsk vilayətinin rayonlarından dinc əhalinin təxliyəsi davam edir. Donetsk vilayətindən olan məcburi köçkünləri Jitomir vilayətində yerləşdirilib.
Seymur Bənnayev
Sitat.info