NATO-nun baş katibi Yens Stoltenberg Ukraynanın paytaxtı Kiyevə gedib.
Sitat.info xəbər verir ki, Stoltenberg Rusiya-Ukrayna müharibəsi başlayandan bu yana Ukraynaya dəstək məqsədi ilə ilk dəfə Kiyevə gedib.
Müharibə nəticəsində həyatını itirən Ukraynalı əsgərlər üçün başsağlığı verən Stoltenberg, Kiyevin meydanında nümayiş etdirilən zədələnmiş Rus hərbi avadanlıqları ilə tanış olub.
Seymur Bənnayev
Sitat.info