Ukraynanın müdafiə naziri Oleksii Reznikov Almaniya, Hollandiya və ABŞ-ın Ukraynaya tədarük etdiyi “Patriot” hava hücumundan müdafiə sistemlərinin əvvəllər mövcud olmayan ballistik hədəfi vurma qabiliyyətini artırdığını açıqlayıb.
Sitat.info xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksii Reznikov şəxsi səhifəsində açıqlama verib.
O, hava və raketdən müdafiə sistemlərinin Ukraynanın müdafiəsi üçün vacib olduğunu bildirib.
Almaniyanın IRIS-T müdafiə sistemlərinin qanadlı raketlərlə mübarizə qabiliyyətini də artırdığına diqqət çəkən Reznikov qeyd edib ki, "IRIS-T", "NASAMS" kimi özünü mükəmməl şəkildə sübut etdi.
Seymur Bənnayev
Sitat.info