Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zonguldağın Filyos şəhərində Qara dəniz qazının istismara verilməsi mərasimində çıxış edib.
Sitat.info Türkiyə mediasına istinadə xəbər verir ki, Ərdoğan bu münasibətlə xalqı təbrik edib və dövlətin vətəndaşlara 1 illik məişət qazını pulsuz verəcəyini vurğulayıb.
O bildirib ki, ilk mərhələdə Sakarya yatağından gündə 10 milyon kubmetr qaz, gələcəkdə qazılacaq yeni quyularla isə gündə 40 milyon kubmetr qaz çıxarılacaq.
“Biz ölkəmizin təbii qaz idxalından asılılığını əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, Filyos və Zonguldağı da mühüm enerji bazasına çeviririk. Vətəndaşlarımızın mətbəxlərində istifadə etdikləri təbii qazı və isti su istifadəsini 1 il pulsuz veririk” - deyə Ərdoğan əlavə edib.
"Mətbəx və isti sudan istifadə üçün tələb olunan, ayda orta hesabla 25 kubmetrə qədər təbii qazın dəyəri bir il müddətində pulsuz limiti təşkil edəcək, artıq istifadə edənlər pulunu ödəyəcək. İlk bir ay ərzində Türkiyədəki yaşayış evlərinin hamısında təbii qaz istehlakı üçün ödəniş tələb olunmayacaq".
Nərgiz,
Sitat.info