Rusiya Federasiyası Silahlı Qüvvələrinin 98-ci Hava Desant Mühafizəsi Briqadası Svatovo-Kremennoye istiqamətində Ukrayna Silahlı Qüvvələrinin texnikasını vurub.
Sitat.info Rus mediasına istinadən xəbər verir ki, məqsədyönlü zərbəsindən sonra Ukraynaya məxsus T-64BV tankı zərərsizləşdirilib.
Bildirilir ki, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin istehkamlarını, hərbi texnikasını və şəxsi heyətini Hədəf alaraq Svatovo-Kremennoye istiqamətində irəliləməyə davam edir.
Seymur Bənnayev
Sitat.info