Almaniya bu ölkələrdən “Patriot”larını çıxarır

11:32 21 Aprel 2023

Almaniya “Patriot” sistemlərini 2023-cü ilin iyununa qədər Polşadan çıxaracaq.

Sitat.info xəbər verir ki, bu barədə Almaniya mediası Federal Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Həmçinin, 2023-cü ilin sonuna qədər “Patriot” sistemlərinin Slovakiyadan da çıxarılacağı bildirilir.

Almaniya MN məsələ ilə bağlı artıq ölkələrin məlumatlandırıldığını qeyd edib.

Xatırladaq ki, raket sistemləri 2023-cü ilin yanvarında ölkə ərazisinə mərmi düşəndən sonra Polşaya təhvil verilmişdi.



Xəbər xətti