Baydenə xəbərdarlıq: Qəti şəkildə qarşı çıxacağıq

16:29 21 Aprel 2023

20-yə yaxın ABŞ konqresmeni ABŞ prezidenti Co Baydendən Ukraynaya iqtisadi yardımı dayandırmağı xahiş edib.

Sitat.info xəbər verir ki, bu barədə "The Hill" qəzeti yazır.

“Ukrayna ordusuna dəstəyin münaqişənin daha da gərginləşməsi ilə təhdid etməsindən dərin narahatıq. ABŞ-ın Ukraynaya genişmiqyaslı yardımı sona çatmalıdır və biz bütün gələcək paketlərə qəti şəkildə qarşı olacağıq, əgər onlar başa çatmağa yönəlmiş aydın diplomatik strategiya ilə əlaqəli deyilsə",- deyə onlar məktubda qeyd ediblər.

Rəsmilər qeyd ediblər ki, Baydenin davamlı olaraq pul ayırmaq və sanksiyalar tətbiq etmək siyasəti yalnız Ukraynadakı münaqişəni uzadır və Rusiya ilə birbaşa toqquşmaya gətirib çıxarır. Buna görə də rəsmilər Ağ Evin diqqətini iqtisadi resurslara yönəltməyi təklif ediblər.



Xəbər xətti