Ukrayna qoşunları düşmən ordusunun bütün istiqamətlərdə hücumunu dayandırır.
Sitat.info xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib.
"Müdafiəçilərimiz düşmən ordusunun bütün istiqamətlərdə fəaliyyətini dayandırmaqda davam edir. Bu yaz günlərində biz hər gün mühüm vaxt qazanırıq və düşmənin əlverişli mövqeləri zəbt etməsinə imkan vermirik", - o vurğulayıb.
Komandirin sözlərinə görə, Ukrayna hərbçiləri düşməni effektiv şəkildə vura biləcəklərini dəfələrlə nümayiş etdiriblər.