Bu gün səhər saatlarında Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin cənubundakı Rılsk rayonuna 20 raket atıb.
Sitat.info xəbər verir ki, bu sözləri Kursk vilayətinin qubernatoru Roman Starovoyt Teleqram səhifəsində yazıb.
“Yaşayış məntəqələrində tələfat və dağıntı olmasa da, elektrik şəbəkələri zədələnib. Obesta, Lokot və Novoivanovka kəndlərinin sakinləri işıqsız qalıblar”, - Starovoyt qeyd edib.