Sevastopola pilotsuz uçuş aparatı ilə hücum edilib.
Sitat.info xəbər verir ki, bunu şəhərin qubernator Mixail Razvozayev deyib.
"Qara dəniz donanması vurulan zərbəni dəf edib. Bir pilotsuz təyyarə sualtı qayıq əleyhinə qüvvələr tərəfindən məhv edilib, ikincisi isə “özünü partladıb”. Saat 3:30-da şəhərə hücum cəhdi edilib. Heç bir obyektə ziyan dəyməyib. İndi şəhərdə sakitlikdir. Amma bütün qüvvələr və xidmətlər döyüş hazırlığındadır”, - o bildirib./Axar.az