İngiltərənin "Çelsi" komandasının futbolçuları Ris Ceyms və Meyson Maunt üçün mövsüm vaxtından əvvəl başa çatıb.
Sitat.info-nun məlumatına görə, bu barədə London təmsilçisinin müvəqqəti baş məşqçisi Frenk Lempard "Goal" nəşrinə açıqlama verib.
45 yaşlı mütəxəssis bildirib ki, bud əzələsindəki zədəsini sağaldan Ceymsin bərpa prosesi uzun çəkəcək. Maunt isə çanaq sümüyündəki problemə görə kiçik əməliyyat keçirəcək.
Qeyd edək ki, "Çelsi" Premyer Liqada növbəti görüşünü aprelin 26-da XXXIII tur çərçivəsində evdə "Brentford"a qarşı oynayacaq.