Kişi voleybolçular arasında "Heydər Əliyev kuboku"nun finalçıları bəlli olub.
Sitat.info-nun məlumatına görə, turnirin yarımfinal oyunlarından sonra “Xarı bülbül Şuşa” və "Murov" həlledici görüşə vəsiqə qazanıblar.
Voleybol Mərkəzində keçirilən matçlarda Şuşa təmsilçisi "Neftçi"yə 3:1 (25:19, 20:25, 25:12, 25:20), "Murov" isə MOİK-ə 3:0 (25:14, 25:21, 25:12) hesabı ilə qalib gəlib.
"Heydər Əliyev kuboku"nun finalında qadınların mübarizəsində isə "Abşeron" və "Azərreyl" kollektivləri qarşılaşacaqlar. Həlledici oyunlar aprelin 28-də Voleybol Mərkəzində təşkil olunacaq. Həmin gün ilk olaraq meydana qadın voleybolçular çıxacaqlar. Görüş saat 16:00-da başlanacaq. İki saat sonra isə kişi voleybolçuların final oyununda "Xarı bülbül Şuşa" və "Murov" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər.
Oyunlardan dərhal sonra qaliblərin mükafatlandırma mərasimi və kubokun rəsmi bağlanış tədbiri keçiriləcək.