Bu gün Bakıda sprint yarışları olacaq

09:20 29 Aprel 2023

Bu gün Azərbaycan Qran-prisində sprint yarışları keçiriləcək.

“Sitat.info” xəbər verir ki, sprint yarışları həm Formula 1-də, həm də Formula 2-də olacaq. 

Azərbaycan Qran-prisində ikinci günün proqramı

12:30. "Formula 1" Sprint Shootout (təsnifat)
15:00. "Formula 2"də əsas sprint yarışı
17:30. "Formula 1"də əsas sprint yarışı

Qeyd edək ki, ötən gün "Formula 1"də "Red Bull" pilotu Maks Ferstappen birinci sərbəst yürüşdə, "Ferrari"dən Şarl Lekler sıralama turunda lider olub. İkinci dərəcəli pilotlarda isə "Prema Racing"dən Oliver Bearman hər iki mübarizədə rəqiblərindən üstün olub. Azərbaycan Qran-prisi aprelin 30-da başa çatacaq.

 



Xəbər xətti