"Azərbaycan Qran-prisində yenidən qələbə qazanmaq istəyirəm".
Sitat.info xəbər verir ki, bunu Bakıdakı sprint yarışında qalib olan "Red Bull" pilotu Serxio Peres deyib.
Sürücü bugünkü çıxışlarının uğurlu alındığını söyləyib: "Sprint bizim üçün asan olmadı. Komanda şəklində tətbiq etdiyimiz pressinq sayəsində istəyimizə nail olduq. Unutmamalıyıq ki, əsas mübarizə sabah gerçəkləşəcək. Bu gün biz bolid və təkərlər haqqında məlumatlı idik. Ancaq sabah bu, belə olmayacaq. Birbaşa yarışa start verəcəyik. Azərbaycan Qran-prisinə üçüncü mövqedən başlayacağam. Etiraf edim ki, bu, heç də yaxşı deyil".
Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 30-da başa çatacaq. Peres 2021-ci ildə Bakıdakı yarışın qalibi olub.