Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.
Sitat.info xəbər verir ki, günün ikinci matçında "Sabah" "Şamaxı"nı qəbul edib.
Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 7-ci dəqiqədə Aleksey Kaşuk vurub.
Xallarının sayını 74-ə çatdıran meydan sahibləri ikinci pillədə qərarlaşıb. Bölgə klubu 23 xalla 9-cu sıradadır.
Qeyd edək ki, günün ilk görüşündə "Sumqayıt" "Kəpəz"i eyni hesabla yenib. Turun "Zirə" - "Turan Tovuz" və "Qəbələ" - "Səbail" oyunları mayın 1-də, "Neftçi" - "Qarabağ" qarşılaşması isə mayın 2-də baş tutacaq.