Dünya futbolunda hələ belə qol vurulmamışdı - VİDEO

12:59 17 May 2023

Meksika Ekspansion liqasında baxımlı qol qeydə alınıb.

Sitat.info xəbər verir ki, Klausuranın yarımfinalında "Selaya" və "Morelya" komandaları arasında görüş dramatik alınıb. Meydan sahibləri matçın son dəqiqələrində hesabı bərabərləşdirmək üçün irəli atılsalar da, şok yaşayıblar. İkincilərin qapıçısı Santyaqo Ramires öz cərimə meydandan rəqib qapısına doğru yönəldib. Nəticədə onun zərbəsi qolla nəticələnib. "Selaya"dakı həmkarının fərqlənmək üçün irəli çıxması ona bu məsələdə kömək olub. Ramiresin vurduğu qol "Morelya"nı növbəti mərhələyə daşıyıb - 3:1.

Qeyd edək ki, bu komandalar arasındakı ilk oyunda 1:1 hesabı qeydə alınıb.



Xəbər xətti