Səudiyyə Ərəbistanı peşəkar liqasının 28-ci turunda "Əl-Nəsr" öz meydanında "Əl-Şəbab"ı qəbul edib.
Sitat.info xəbər verir ki, oyun ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Komandasının qələbə qolunu vuran Kiştiano Ronaldo qoldan sonra səcdəyə gedib.
Forvard bunu müsəlman azarkeşlərə və komanda yoldaşlarına ehtiram əlaməti olaraq edib.
Qeyd edək ki, Ronaldo indiyədək "Əl-Nəsr"in heyətində 18 oyunda 14 qol vurub və 2 məhsuldar ötürmə edib.
"Əl-Nəsr" bu mövsüm Səudiyyə liqasında 28 oyundan 63 xalla ikinci, "Əl-Şəbab" 53 xalla üçüncü, "Əl-İttihad" isə 66 xalla liderdir.
Sözügedən görüntüləri təqdim edirik: