İyunun 21-də Qazaxıstanın paytaxtı Astanada Türkiyə, Rusiya, İran və Suriya nazir müavinləri səviyyəsində görüşəcək.
Sitat.info xəbər verir ki, Rusiya mətbuatı xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək görüşün çərşənbə günü, iyunun 21-də keçiriləcəyini açıqlayıb.
İclasda Suriyanın 12 illik vətəndaş müharibəsindən sonrakı gələcəyi müzakirə olunacaq.
Qeyd edək ki, Türkiyə, Rusiya, İran və Suriyanın xarici işlər nazirləri mayın 10-da Rusiyanın paytaxtı Moskvada bir araya gəliblər və toplantıda Rusiya, iclasda iştirak edən ölkələrin nazir müavinlərinin üzərinə Suriya ilə Türkiyə arasında münasibətlərin inkişaf etdirmək üçün bir yol xəritəsinin müəyyən edilməsinin tapşırılacağını açıqlayıb.
Seymur Bənnayev
Sitat.info