Avrokuboklara gedən klubların adına aydınlıq gəldi

16:00 4 İyun 2023

Misli premyer liqasında Avrokuboklara gedəcək klubların adına aydınlıq gəldi.

Sitat.info xəbər verir ki, ölkəni Avropanın ən nüfuzlu klub turnirində yenə də, Ağdam klubu "Qarabağ" təmsil edəcək. Həm klub tarixində, həm də Azərbaycan tarixində Çempionlar liqasının qrup mərhələsində iştirak etməyi bacaran tək kollektiv olan "Köhlən atlar", 2022/2023 mövsümündə də "pley-offa" kimi gəlməyi bacarsalar da, Çexiyanın Viktoriya Plzen klubuna iki oyunun nəticəsinə görə (2-1) hesabı ilə məğlub olub, yolunu Avropa liqasında davam etdirməli oldu. Ölkəmizi Uefa Konfrans liqasında 3 klub: Sabah, Neftçi və Qəbələ təmsil edəcək. Murad Musayevin yetirmələri bu mövsümkü çıxışı ilə göz oxşamağı bacardı. Baxmayaraq ki, Sabah klubunun Avropa reytinqi 0-a bərabərdir və potensial rəqiblərin əksəriyyəti adlı-sanlı klublardır, yenə də stabil oyun və Musayevin Avropa təcrübəsinə arxalanaraq demək olar ki, Sabah uğur qazana bilər. Kubokun finalistləri Neftçi və Qəbələ isə qeyri-stabil oyunları ilə diqqət çəkir. Xüsusən bu sözləri flaqman haqqında demək olar. Kubokun son qalibi Qəbələ isə Avropadakı hegemonluğunu geri qaytarmağa çalışacaq.

Üzeyir Xəlilov 



Xəbər xətti