Avropa liqasında finalçılar müəyyənləşdi

16:21 19 May 2023

Uefa Avropa liqasında finalın adına aydınlıq gəlib. Gecənin qolsuz keçən oyunu Almaniyada baş tutub. "Bay" arenada yerli Bayer leverkuzen klubu İtaliyanın "Roma" kollektivi ilə üz-üzə gəlib. İtaliyada keçirilən qarşılaşmada (1-0) qalib gələn Mourinhonun yetirmələri, çətin Almaniya səfərindən də, qolsuz heç-heçə ilə ayrılaraq finala addımlayıblar. Digər oyun isə İspaniyada baş tutub. "Sevilya" "Yuventus"la münasibətlərinə aydınlıq gətirib. İtaliyada keçirilən oyunda (1-1) hesabına qane olan ispanlar, Suso və Lamelanın qolları ilə qalib gəliblər. Turinlilərin yeganə qolunu isə Vlahoviç vurub. Beləliklə finalda "Sevilya" və "Roma" qarşılaşacaq.

Üzeyir Xəlilov 



Xəbər xətti