İngiltərə millisinin futbolçusu Harri Keyn yeni rekorda imza atıb.
Sitat.info xəbər verir ki, 30 yaşlı hücumçu Avropa çempionatlarının seçmə mərhələlərində keçirdiyi son 12 oyunun hamısında qol vurmağı bacarıb.
Bu isə turnirdə ən uzun qol seriyasıdır. Keyn son olaraq AVRO-2024-ün seçmə mərhələsində Şimali Makedoniya (7:0) ilə görüşdə dubla imza atıb.
Bununla yığmadakı qol sayını 58-ə çatdıran forvard beynəlxalq karyerasında hərəyə 56 dəfə fərqlənən Samuel Eto (Kamerun) və Qabriel Batistutanı (Argentina) qabaqlayıb.
Qeyd edək ki, dörd turdan sonra aktivində 12 xal olan İngiltərə yığması C qrupuna liderlik edir.