Fransanın PSJ klubunun baş məşqçisi Kristofer Qaltye və oğlu Con-Valoviç Qaltye polislər tərəfindən saxlanılıb.
Sitat.info xəbər verir ki, baş məşqçi və oğlu irqçilikdə ittiham olunurlar. İddia edilir ki, fransalı mütəxəssis "Nitsa"da işləyərkən klubun idman direktoruna bildirib ki, komandada bu qədər qaradərili və müsəlman futbolçu olmamalıdır.
Qeyd edək ki, Fransa polisi artıq baş məşqçi ilə oğlunun ifadəsini də alıb.