Azərbaycanlı atlet Avropa birinciliyində 3 qızıl qazandı

01:19 7 İyul 2023

Moldovanın paytaxtı Kişinyovda keçirilən 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyi davam edir.

Sitat.info xəbər verir ki, yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.

Bu dəfə körpücük üzərinə Ravin Alməmmədov çıxıb. O, yaşı 17-yə qədər olan oğlanlar arasında 73 kq çəki dərəcəsində mübarizə aparıb.

“Göyəzən” Ağır Atletika Klubunun təmsilçisi olan atletimiz birdən qaldırma hərəkətində 137 kq-ı ram edib və bu hərəkətdə qızıl medal qazanıb.

Ravin təkanla qaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. O, 162 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə də qızıl medala sahib çıxıb.

Toplam 299 kq (137+162) nəticə göstərən Alməmmədov yekun sıralamada da qızıl medal qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.



Xəbər xətti