Ançelotti mühakimə olunacaq

13:50 12 İyul 2023

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti 400 min avroya yaxın vergi fırıldaqçılığı ittihamı ilə mühakimə olunacaq.

Sitat.info xəbər verir ki, bu barədə “El Mundo” məlumat yayıb.

Məlumata görə, məhkəmə Ançelotti ilə bağlı araşdırmasını demək olar ki, başa çatdırıb:

“İttihama əsasən o, “Real Madrid”də ilk işlədiyi müddətdə gəlirinin bir hissəsini gizlədib”.

Qeyd edək ki, Ançelotti 2021-ci ildən “Real Madrid”in baş məşqçisidir.



Xəbər xətti