Argentinalı hücumçu Azərbaycan klubuna keçir

09:00 1 Avqust 2023

Argentinalı futbolçu Auqusto Lotti Azərbaycan klubuna keçir.

Sitat.info xəbər verir ki, Meksikanın “Record” nəşri məlumat yayıb.

Bildirilib ki, hazırda həmin ölkənin “Krus Asul” klubunda çıxış edən 27 yaşlı hücumçu komandasını dəyişmək üzrədir. Lotti rəhbərliklə görüşərək, Avropaya yollanmaq arzusunu bildirib. Buna qarşı çıxmayan “Krus Asul” Azərbaycanın adı açıqlanmayan bir klubu ilə rəsmi danışıqlara başlayıb.

Qeyd edək ki, Auqusto Lottinin “Krus Asul”la müqaviləsi 2026-cı ilin sonuna qədərdir.



Xəbər xətti