"Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı

22:09 2 Avqust 2023

Bakıda UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Qarabağ" və "Rakuv"un start heyətləri açıqlanıb.

Sitat.info xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica.

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Junino, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.

"Rakuv": 1 Vladan Kovaçeviç, 4. Stratos Svarnas, 5. Qustav Berqqren, 24. Zoran Arseniç, 25. Boqdan Rakovitsan, 7. Fran Tüdor, 20. Cin Karlos, 66. Yannis Papanikolau, 77. Martsin Tsebulya, 9. Lukaş Zvolinski, 11. Con Yeboa.

Ehtiyat oyunçular: 89. Katsper Beşad, 6. Şimon Çij, 8. Ben Lederman, 14. Srcan Plavşiç, 17. Mateuş Vdovyak, 22. Deyan Soresku, 27. Bartoş Novak, 30. Vladislav Koçergin, 93. Sonni Kittel, 99. Fabian Pyasetski.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

***

"Qarabağ" - "Rakuv" qarşılaşması start götürdü.

***

"Rakuv" matçın 52-ci dəqiqəsində Tudorun qolu ilə hesabı açdı: 0-1.

***

Cica 60-cı dəqiqədə hesabı bərabərləşdirdi: 1-1.

***

"Qarabağ" "Rakuv"la matçda qalib gələ bilmədi: 1-1. Bu nəticə ilə "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı. Təmsilçimiz mübarizəni Avropa Liqasında davam etdirəcək.



Xəbər xətti