"Qarabağ" Avropa Liqasında bu komanda ilə qarşılaşacaq

23:34 2 Avqust 2023

Çempionlar Liqasının II təsnifat mərhələsində "Rakuv" səddini keçə bilməyən "Qarabağ"ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Sitat.info xəbər verir ki, təmsilçimiz bu mərhələdə Finlandiyanın HİK komandası ilə üz-üzə gələcək.

HİK ilk matçda 1-0 məğlub etdiyi Norveçin "Molde" komandasına cavab qarşılaşmasında 2-0 məğlub olub və Çempionlar Liqasında mübarizəni dayandırıb. Bununla mübarizəni Avrop Liqasında davam etdirəcək.

Qeyd edək ki, Avropa Liqasının III təsnifat mərhələsinin oyunları 10-17 avqustda keçiriləcək.



Xəbər xətti