“Gələcəkdə ölkədə hər kəs bir az da yoxsullaşacaq”.
SİTAT.İNFO Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Hollandiyanın baş naziri Mark Rutte deyib.
Baş nazir mart ayında inflyasiya rəqəminin 11,9 faizə yüksəlməsinin narahatlıq doğurduğunu deyib:
“Çox yüksək inflyasiya ilə qarşı-qarşıyayıq. Təbii ki, bu, bir çox insana təsir edir. Gələcəkdə hamımız daha da yoxsullaşacağıq. Bu, həqiqətən də olacaq. Biz bu barədə aydın olmalıyıq”.
Rutte Rusiya-Ukrayna müharibəsinin enerji qiymətlərinə təsirini bu il hər kəsin ciddi şəkildə hiss edəcəyini vurğulayıb:
“İnflyasiya o qədər dəhşətli dərəcədə yüksəkdir və enerji qiymətləri o qədər sürətlə yüksəlir ki, Hollandiyaya ən səmimi mesajım hökumətin bunların hamısını həll edə bilməyəcəyidir. Biz bunun təsirlərini həqiqətən birlikdə hiss edəcəyik. Hamımız pul kisəmizdən ağıllı şəkildə istifadə etməliyik”.