"Azərlotereya" əhalini soyub-soğana çevirib" Jurnalist etiraz etdi

18:12 27 Oktyabr 2023

Köhnə mövzudur, yenə də deyim. Addımbaşı "Azərlotereya"dır.  "Vasmoy bazarı"nda fəhlələrin işlədiyi, camaatın sıx olduğu "xadavoy" yerlərə "toçka"larını qurublar. Fəhlə gününə 15-20 manta qazanır, aparır verir ora. Metroların içində, çölündə, binaların qabağında, marşrut dayanacaqlarında əhalini soyub soğana çeviriblər. Şahidim oldum. Bir neçə dəqiqə içində işləməkdən ikiqat olmuş  fəhlə 10-15  ədəd poz- qazan aldı, pozdu, bir günlük qazanc getdi. Ailəsinin boğazından kəsdi, yedirtdi qumarbazlara...
Hə, deyəcəksiniz ağlı var, oynamasın. Onu da deyim. Bunun bir qaydası olmalıdır. Bu kartof-soğan deyil ki, əliçatımlı edirsiniz. Konkret yerlərdə satışı olmalıdır. Hər yerdə də reklamınız var, kim istədi alacaq da. Narkotiki də ictimai yerdə qoysan, nə vaxtsa dadına baxmaq istəyənlər olacaq.

Xatırlatma! Bir neçə ay öncə Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları "Xalqlar" metrostansiyasının ətrafında
 göyərti satan bir dayını qovdular. (Link rəydə) Küçə ticarətinin hər yerdən yığışdıracaqlarını dedilər. Nizami RHİ-nin nümayəndələri ilə kiçik mübahisəmiz də oldu. Budur, bir neçə aydan sonra "Neftçilər" metrostansiyasının ətrafı və qoşa qoşa Azərlotereya piştaxtaları...

P.S. Misli və Azerlotereyanın smart bee üzərindən reklamlarını saytdan çıxarmışam.



Xəbər xətti