"İlqar Məmmədov AB qarşısında öhdəlik götürmüşdü ki, heç vaxt Qarabağ məsələsini qaldırmayacağıq" - Sərdar Cəlaloğlu

19:16 1 Fevral 2024

"Biz AŞ Nümayəndə heyəti ilə görüşəndə dedik ki, Avropa Birliyinə ən çox ona görə inteqrasiya etmək istəyirik ki, Qarabağ məsələsinin həllində ədalətli bir mövqe nümayiş etdirsinlər. Bizə qarşılıq verdilər ki, siz Qarabağ məsələsində öhdəlik götürmüsünüz ki, Avropa Birliyinə üzv olacağınız təqdirdə hər hansı Qarabağdan danışmayasınız. Və bunu təsdiqləmək üçün Azərbaycandan  35 təşkilatın imzasının olduğunu bildirdilər".

Bu sözləri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib. 

O bildirib ki, daha sonra görüşdükdə İlqar  Məmmədov bu məsələni təsdiqləyib: "Əvvəlcə İlqar Məmmədov Avroatlantik Assosiasiyası yaradıb. Sabit Bağırov və digər Avropaya xidmət edən adamlardan ibarət 35 qeyri-dövlət təşkilatını da oraya  doldurublar. Və İlqar Məmmədovun imzası ilə Avropa Birliyinə məktub göndəriblər ki, biz heç vaxt Avropa Birliyi çərçivəsində Qarabağ məsələsini qaldırmayacağıq. Daha sonra təşkilat dağıldı. Bir müddətdən sonra mən təsadüfən İlqar Məmmədovu gördüm. İlqar Məmmədova dedim ki, siz Avropa Birliyinə, bizim inteqrasiyamızla bağlı belə bir sənəd veribsiniz. O birlik bizim nəyimizə lazımdır? O birlik ki, Qarabağın ədalətli həll yolunda bizə dəstək verməyəcək. O isə mənə dedi ki, üç-dörd çınqıldan ötrü sən istəyirsən ki, biz Avropaya inteqrasiya etməyək? O Qarabağı çınqıl hesab edirdi".

Türkan 

Sitat.info



Xəbər xətti