Ölkə üçün narahat edici statistika: Əhalinin yarıdan çoxu Bakı və Abşeronda yaşayır...

16:44 2 Fevral 2024

“Azəriqaz” İstehsalat Birliyinin verdiyi açıqlamada qeyd olunur ki, respublika ərazisində ümumi sutkalıq təbii qazın  istehlakının  59 %-i Bakı və Abşeron yarımadasının, 41 %-i isə regionların payına düşüb. Statistika budur və ölkə əhalisinin yarıdan çoxunun Bakı və Abşeronda yaşadığının dolayı sübutudur". 

Sitat.info xəbər verir ki, bu sözləri ioqtisadçı ekspert Natiq Cəfərli yazıb.

O vurğulayıb ki, əhalinin belə bölgüsü iqtisadi və idarəetmə sisteminin nə qədər qüsurlu olduğunu əyani göstərir:

"Hələ ki, bu vəziyyəti düzəltməyə şansımız var, işğaldan azad olunmuş bölgələri planla, məntiqlə, böyük “vizionla” məskunlaşdıra bilərik. Oraya 1,5 mln. əhalinin  təbii köçünü təmin edə bilsək, çıxış yolunu tapa, ölkənin inkişafının yeni “driver”-lərini yarada bilərik. Bunun üçün yeni sistemə keçid baş verməlidir, əvvəlki yanaşmalar işləmir, işləyə də bilməz...".

Məğrur, 

Sitat.info



Xəbər xətti