Fələstin İslami Müqavimət Hərəkatı Həmas Qəzzanın şimalında Kamal Advan Xəstəxanasında 4 uşağın aclıqdan ölməsini "bəşəriyyəti qorumaq üçün beynəlxalq uğursuzluq" olduğunu bildirib.
Sitat.info xəbər verir ki, Həmas Qəzzanın şimalındakı Beytləhmdəki Kamal Advan Xəstəxanasında qida çatışmazlığı və susuzluq səbəbiylə 4 uşağın ölməsi və xəstəxananın yanacaq çatışmazlığı səbəbindən xidmətdən çıxması ilə bağlı açıqlama verib.
Xəstəxananın xidmətdən çıxması ilə Qəzzanın şimalında fələstinlilərin humanitar və tibbi vəziyyətinin daha da pisləşdiyi vurğulanıb.
Nuriyyə
Sitat.info