İsrail Qəzzaya humanitar yardım aparan yük maşınlarını buraxıb

10:51 4 Mart 2024

İsrail hakimiyyəti humanitar yardım daşıyan 277 yük maşınının Qəzza zolağına daxil olmasına icazə verib.

Sitat.info-nun məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyi yanında İsrail Hökumətinin Fələstin Ərazilərində Fəaliyyətlərinin Əlaqələndirilməsi İdarəsi (COGAT) bildirib.

Məlumata əsasən, martın 3-də humanitar yardım daşıyan ümumilikdə 277 yük maşını yoxlanılaraq Qəzzaya çatdırılıb.

"Bu, müharibənin başlanmasından bəri bir gündə [anklava] buraxılan ən çox yük maşınıdır", - deyə təşkilat qeyd edib. Bildirilib ki, İsrail hakimiyyəti “Qəzza zolağına humanitar yardımın həcmini məhdudlaşdırmır”.



Xəbər xətti