Azərbaycan nefti ucuzlaşdı

09:58 18 Aprel 2024

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,53 ABŞ dolları, yaxud 1,64% ucuzlaşaraq, 91,53 ABŞ dolları olub.

Sitat.info xəbər verir ki, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 87,57 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.



Xəbər xətti