Bu il Qarabağa nə qədər vəsait xərclənib?

18:00 23 Aprel 2024

Bu ilin I rübündə Azərbaycanda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən xərcləmələr 1 milyard 220,7 milyon manat təşkil edib.

Sitat.info xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5% çoxdur.

Xatırladaq ki, bu il Qarabağ və Şərqi Zəngəzura büdcədə 3 milyard 825 milyon manat vəsait nəzərdə tutulub. Yanvar-mart aylarında bunun 31,9%-i xərclənib.



Xəbər xətti