"Müharibə daha da qızışacaq, Ukrayna Rusiyanı üstələyəcək" - Qabil Hüseynlidən KRİTİK PROQNOZ

11:45 25 Aprel 2024

"Rusiya qoşunları sayca və bir sıra silah növlərində Ukraynanı üstələyir. Bir ilə yaxındır ki, cəbhənin 1400 km-lik xəttində nisbi sakitlik hökm sürür. Ruslar kiçik qəsəbələri ələ keçirir, lakin Ukrayna onları geri alır"

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. 

Onun sözlərinə görə, Amerika Konqresinin Ukraynaya 61 milyard dollarlıq vəsait ayırması vəziyyətə ciddi təsir göstərəcək:

"Artıq Ukrayna ordusunun sayca tərkibi Rusiyadan az olsa da, silah baxımdan onu üstələyəcək. Ukraynanın əlində daha müasir, daha ölümcül, daha uzaqmənzilli silah növləri var. Güman edirəm ki, ən çoxu 1 həftəyə Ukrayna yeni göndərilən silahları alacaq".

Politoloq deyib ki, Ukrayna alacağı silahlarla ilk növbədə Krım körpüsünü vurub sıradan çıxartmalıdır: "Krımla Luqansk və Donetsk arasındakı əlaqəni kəsməli, ardınca da ordunu yenidən formalaşdırıb yaya doğru əks-hücuma hazırlaşmalıdır. Bu əks-hücum nəticəsiz olmayacaq. Üstəlik Avropa Birliyi də, Amerika da Ukraynaya yardımı mütəmadi olaraq davam etdirəcək. Müharibə daha da qızışacaq, qanlı müharibə olacaq. Ukrayna bu məsələdə Rusiya Silahlı Qüvvələrini üstələyəcək".

Kənan Yusif 

Sitat.info



Xəbər xətti